https://www.zirve.edu.az/ #
2021-10-27 11:37:00
BMU-nun dosenti gender bərabərliyinə həsr olunan təlimdə iştirak edib  

Bakı Mühəndislik Universitetinin (BMU) Xarici dillər kafedrasının müdiri, dosent Ətrabə Gül Dövlət İmtahan Mərkəzi (DİM), həmçinin Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan təlimdə iştirak edib.

 

AzEdu.az xəbər verir ki, təlim “Dövlət idarəçiliyində gender bərabərliyi: mövcud vəziyyət və çağırışlar” mövzusuna həsr olunub.

 

Tədbirdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) icra etdiyi “Cənubi Qafqazda yerli inkişaf üçün yaxşı idarəetmə” layihəsi çərçivəsində adıçəkilən dövlət komitəsi, eləcə də DİM tərəfindən “Dövlət qulluğunda gender bərabərliyi üzrə kurrikulum” elmi vəsaitinin hazırlandığı bildirilib. Vəsaitin qadınların cəmiyyətdə fəallığının artırılması, ənənəvi fəaliyyətlərlə bərabər, qeyri-ənənəvi sahələrdə iştirakının genişləndirilməsi, dövlət idarəçiliyində gender bərabərliyi prinsipinin təmin edilməsi və dövlət qulluqçularının sahə üzrə peşəkarlığının artırılması məqsədilə dərc olunduğu təlim iştirakçılarının diqqətinə çatdırılıb.

 

Tədbirdə BMU-nun əməkdaşı müzakirə edilən məsələlərə münasibətini bildirib.

 

Qeyd edək ki, təlimə bir sıra ali təhsil müəssisələrinin nümayəndələri də qatılıb.