https://www.zirve.edu.az/ #
2021-10-24 17:32:00
Dünya məktəbliləri 1,8 milyon trilyon öyrənmə saatı itiriblər  

Dünyadakı məktəblilər COVID-19 pandemiyası və ondan sonrakı karantin dövründə 1,8 trilyon saat şəxsi öyrənməni itiriblər.

 

AzEdu.az xəbər verir ki, nəticədə, şagirdlər təhsillərindən və məktəblərin verdiyi digər həyati faydalardan məhrum olublar.

 

Bununla əlaqədar olaraq UNİCEF Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında "‘No Time to Lose'" (“İtirməyə vaxt yoxdur”) proqramını təqdim edib.

 

Məlumat üçün qeyd edim ki, dünya üzrə 11 ölkədə 131 milyona yaxın məktəbli 2020-ci ilin martından 2021-ci ilin sentyabrına qədər fərdi öyrənmələrinin dörddə üçünü qaçırıblar. Onların 59 faizi və ya təxminən 77 milyonu, demək olar ki, bütün əyani təlim vaxtını qaçırıb.

 

Ölkələrin təxminən 27 faizində hələ də məktəblərin tam və ya qismən bağlanması davam edir. Bundan əlavə, YUNESKO-nun son məlumatlarına görə, hazırda bütün səviyyələrdə 870 milyondan çox tələbə təhsillərində fasilələrlə üzləşir.

 

Azərbaycanda isə hazırda ümumtəhsil məktəblərində tədris prosesi müvafiq qaydalara uyğun şəkildə davam etdirilir və yaxın həftələrdə bütün təhsil müəssisələrinin distant tədris formasına keçidi planlaşdırılmır.