Azedu.az

Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldı

19 Oktyabr 2021, 13:59
Azərbaycanda üç məktəb və iki bağçada dərslər dayandırıldı

Ölkə üzrə fəaliyyət göstərən bir neçə məktəb koronavirusa görə bağlanıb. 

 

AzEdu.az xəbər verir ki, üç məktəb və iki bağçada dərslər dayandırılıb. 

 

Belə ki, Zərdab şəhəri H.Zərdabi adına 1 saylı məktəb lisey, Şabranda iki məktəbdə şagirdlər və müəllimlər arasında koronavirusa yoluxma aşkar edilib. 

 

Bu səbəbdən həmin məktəblərdə dərslər distant formada davam etdiriləcək.

 

Eyni zamanda, Zərdab rayonunun Məmmədqasımlı və Məlikli kəndində fəaliyyət göstərən bağçalar koronavirus səbəbindən bağlanıb. 

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox