Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-18 15:13:00
Təhsil İnstitutu ibtidai sinif müəllimləri üçün vebinar təşkil edəcək

Təhsil İnstitutu oktyabrın 19-da ibtidai sinif müəllimləri üçün Azərbaycan dili fənni üzrə “Mətn üzrə işin təşkili: bədii mətnin strukturu və kompozisiyası” mövzusunda vebinar keçirəcək.

 

İnstitutdan  AzEdu.az-a bildirilib ki, vebinarda Metodik dəstək və peşəkar inkişaf mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Könül Aydın Nəhmətova çıxış edəcək.

 

Vebinarın keçirilməsində əsas məqsəd ibtidai sinif müəllimlərinin Azərbaycan dili fənni üzrə mətnlə işin təşkili bacarıqlarını inkişaf etdirməkdir. Vebinarda müəllimlərin bədii mətnin strukturunun və kompozisiyasının təhlilindəki tipik çətinlikləri haqqında danışılacaq, problemin həlli yolları göstəriləcək.

 

Tədbir institutun feysbuk səhifəsi üzərindən canlı yayımlanacaq.