Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-16 13:49:00
UNEC-in dövri elmi nəşrlərinə məqalə qəbulu elan edilir

1994-cü ildən  etibarən Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təsisçiliyi ilə “İqtisad elmləri: nəzəriyyə və praktika” jurnalı nəşr olunmaqdadır.

 

AzEdu.az xəbər verir ki, elmi nəşr Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir. Beynəlxalq Standart Seriya Nömrəsi "ISSN 2220-8739" olan jurnal 2012-ci ildən etibarən The Journal of Economic Sciences: Theory and Practice” (JESTP) adı altında ingilis dilində ildə iki dəfə çap edilir. Dövri elmi nəşrin redaksiya heyətinin üzvləri yerli və xarici ölkələri təmsil edən iqtisadçılardan ibarətdir.

 

Jurnal EBSCO, EconLit, Google Scholar, Index Copernicus International, Turkish Education Index, ResearchBib, Scholar Steer, AcademicKeys, European Reference Index for the Humanities (ERIH), J-Gate, CiteFactor, Open Academic Journals Index, International Institute of Organized Research (O2OR), RootIndexing bazalarında indeksləşməkdədir və onun onlayn elektron arxivi mövcuddur.

 

Müəlliflər linkdən qeydiyyatdan keçərək jurnalın şərtlərinə uyğun tərtib olunmuş və əsasən xarici tədqiqatçılar ilə həmmüəllif olduqları məqalələrini [email protected][email protected] elektron poçt ünvanlarına göndərə bilərlər.

 

Ədəbiyyat siyahısına nüfuzlu elmi bazalarda indeksləşən məqalə və məruzələrin daxil edilməsi məqsədəuyğundur. İstinad etmək üçün UNEC nümayəndələrinin nüfuzlu elmi bazalardakı məruzə və məqalələri:

 

 

Hazırda jurnal beynəlxalq nüfuzlu elmi platformalarda dəyərləndirmə məqsədilə Scopus və Web of Science bazalarına təqdim olunubdu. Bu bazalara daxil olan elmi nəşrlərdə elmi məqalə və ya məruzə dərc etdirən UNEC əməkdaşlarından bu jurnala istinad verilməsi xahiş olunur.

 

UNEC əməkdaşlarının qeyd olunan bazalarda indekslənən elmi əsərlərində həmin jurnalın məqalələrinə verilən istinad statistikasını təqdim edirik.

 

SİYAHI

 

 Jurnal haqqında əlavə məlumat almaq üçün linkinə keçid edə bilərsiniz.