Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-10-10 12:45:00
Nobel sammitinə qoşulan müəllim: “Bunu edən ilk azərbaycanlı təhsil işçisi oldum”-FOTO

 

 

Bu  il təşkil edilən Müəllimlər üçün Nobel Mükafatı Sammitinə dəvət alanlar arasında ilk dəfə olaraq azərbaycanlı müəllim də vardı.

 

Sammitdə iştirak edən ingilis dili müəllimi Məhəmməd Qarakişiyev AzEdu.az-a açıqlamasında konfrans haqqında qısa məlumat verib:

 

“Müəllimlər üçün Nobel Mükafatı Sammiti Nobel Mükafatı Muzeyi tərəfindən İsveçrədə təşkil edilən beynəlxalq müəllim konfransıdır. Təşəbbüs, Nobel Mükafatının insanları bilik axtarmağa, suallar verməyə və dünyanı anlamaq və inkişaf etdirməyə təşviq etməyə əsaslanır. Bu il pandemiya ilə əlaqəli onlayn platformalar vasitəsilə keçirilməyə qərar verilmişdir. Bu möhtəşəm Sammit Dünyanın hər yerindən qabaqcıl təhsil nümayəndələri və müəllimlərinə qoşulmağa imkan vermişdir. Nobel Mükafatı Müəllimlər Sammtində dünyanın hər yerindən müəllimlər təhsildə böyük əhəmiyyət kəsb edən bir mövzu ətrafında Nobel Mükafatı laureatları, ən yaxşı elm adamları və sülh fəalları ilə görüşmə imkanı əldə edirlər”.

 

Sammitdə iştirakından danışan müəllim, öz təəssüratlarını bizimlə bölüşüb:

 

“Sammitin Giriş bölmü Nobel Mükafatı Müəllim Sammiti 2021 -ə xoş gəldiniz şüarı ilə başladı. Nobel Fondunun icraçı direktoru Vidar Helgesen, Təhsil Eksperti Annika Hedås Falk və Nobel Milli Muzeyini icracı direktoru Pontus Thunblad tərəfindən proqrama açılış edildi. Çox fəxr edirəm və qürur duyuram ki, ölkəmiz və millətimiz adına belə möhtəşəm sammitdə iştirak etmək üçün dəvət bileti əldə edən ilk müəllim oldum!”