https://www.zirve.edu.az/ #
2021-10-07 11:12:00
Dilçilik sahəsi ilə bağlı daxil olan pozuntular açıqlanıb  

"Qaynar xətt"imizə daxil olan müraciətlər, əsasən, sözlərin düzgün yazılışı və lüğətə yeni sözlərin əlavə olunmasından ibarətdir".

Bunu "Report"a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruslan Abdullayev deyib.

O, Dilçilik İnstitutunun "Qaynar xətt"inə daxil olan müraciətlərin tərkibinə aydınlıq gətirib: "Biz dil pozuntuları ilə bağlı məsələləri əlaqədar şöbələrə çatdırırıq. Dilçilik istiqamətində araşdırmalar apardığımız üçün sahələrin hər biri ilə fərdi şəkildə maraqlana bilmirik. Gün ərzində müxtəlif sahələrdən dilimizə xeyli sayda terminlər daxil olur. Gərək həmin sahələrə nəzarət edən xüsusi adamlar olsun, ya da insanlar özləri belə sözlərlə qarşılaşdıqda "Qaynar xətt"imizə bildirsinlər. Biz də növbəti nəşrdə həmin sözlərin lüğətə əlavə olunmasını təklif edərik".