Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-24 13:37:00
ADNSU “UniLab” portalının təqdimatında iştirak edib  

Sentyabrın 22-23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin iştirak etdiyi  (ADNSU) “UniLab” layihəsi çərçivəsində Avstriyanın Krems Universiteti  tərəfindən yaradılan “UniLab” portalının təqdimatı keçirilib.  

 

AzEdu.az xəbər verir ki, partnyor universitetlərin iştirak etdiyi onlayn görüşdə  ADNSU-nun əməkdaşları və tələbələr də  iştirak edib. Təqdimatda yeni yaradılan  portalın partnyor universitetlər, həmçinin şirkətlər və tələbələr üçün əhəmiyyətindən danışılıb, əsas imkanları və üstünlükləri haqqında məlumat verilib  və iştirakçıların təklifləri dinlənilib.

 

Qeyd edək ki,  “UniLab” portalı universitetlərlə şirkətləri bir araya gətirən vahid bir platforma kimi  tələbələrə ixtisasları üzrə təcrübə və iş imkanları haqqında məlumat əldə etmək, şirkətlərə isə vakansiyalarla bağlı məlumat paylaşmaq imkanı yaradır.  Portalda yerləşdirilən bütün beynəlxalq təcrübə və iş elanlarına ADNSU tələbələri də müraciət edə bilərlər.