Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-21 16:05:00
Müəllimlərin dərs yükü bu qayda ilə müəyyənləşir-PROSEDUR

Yeni tədris ili yaxınlaşdıqca müəllimləri maraqlandıran məsələlərdən biri də dərs yükünün bölünməsi ilə bağlıdır.

 

 

AzEdu.az xəbər verir ki, müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. 

 

 

Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır.

 

 

Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları