Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 17:37:00
Azərbaycanda son sutkada koronavirusdan ölənlərin sayı azalıb

Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1770 yeni yoluxma faktı qeydə alınıb, 3 788 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AzEdu.az-a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 468 943 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 427 493 nəfər müalicə olunaraq sağalıb, 6 251 nəfər vəfat edib, aktiv xəstə sayı 35 199 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 781, ötən müddət ərzində isə ümumilikdə 4 715 715 test aparılıb.