Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-17 10:14:00
 "Koronavirusa yoluxan uşaqlarda yeni sindrom yarana bilər" - Təyyar Eyvazov

“Pandemiya dövründə tədrisin necə təşkil olunması ilə bağlı Səhiyyə Nazirliyinin qaydaları var”.

 

AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

 

O bildirib ki, valideynlər hər gün övladları ilə söhbət etməlidirlər: “Övladının səhhətində problem olan valideyn onu məktəbə göndərməməlidir. Delta ştamının sürətlə yayıldığını nəzərə alaraq, ailədaxili yoluxma halları müşahidə oluna bilər. Odur ki, valideyn evdə övladının bədən hərarətini mütəmadi yoxlamalıdır”.

 

T.Eyvazov xatırladıb ki, bəzi uşaqlarda infeksiyaya yoluxduqdan sonra multisistem iltihabi sindromu (MIS-C) yarana bilər: “Yoluxma halları uşaqlar arasında adətən ağırlaşmaya səbəb olmur. Məktəblərin açılması kütləviliyin olması deməkdir. Uşaqların yoluxmaması üçün bütün lazımi addımlar atılmalıdır”.