Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-16 12:53:00
MDU rektoru Ağdama səfər edib

2021-ci ilin 16 sentyabr  tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov Ağdam şəhərinə səfər edib.

 

AzEdu.az xəbər verir ki, Ş.Bayramov Ağdama “QARABAĞDA YENİ İQTİSADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKİŞAF İMPULSLARI” mövzusunda I Beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün gedib. Bununla bağlı MDU-nun rektoru feysbuk səhifəsində aşağıdakı paylaşımı edib:

 

““QARABAĞDA YENİ İQTİSADİYYAT QURUCULUĞU: AĞDAMDAN İNKİŞAF İMPULSLARI” mövzusunda I Beynəlxalq elmi-praktik konfransda iştirak etmək üçün Ağdam şəhərindəyəm.

 

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan konfrans işğaldan azad edilmiş torpaqlarda keçirilən ilk elmi tədbirdir.

 

“Ağdamda yeni iqtisadiyyat quruculuğunda təhsilin rolu” mövzusunda məruzəmiz var.

Dəvətə və yaradılan imkana görə bütün təşkilatçılara təşəkkür edirəm.

Doğma Ağdam torpağında olmağın yaratdığı qürurverici hissləri sözlə ifadə etmək mümkün deyil.

Bu misilsiz hissləri bizə yaşadan ŞƏHİDlərimizə Allahdan rəhmət diləyir, QAZİlərimizə şəfa arzulayıram!

Müzəffər Ali Baş Komandanımız və rəşadətli Azərbaycan Əsgəri ilə fəxr edirəm!

16 sentyabr 2021-ci il, Ağdam şəhəri”