Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-15 11:00:00
Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apellyasiya müraciətlərinə baxılır  

Peşə təhsil müəssisələrinə qəbul və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən apellyasiya komissiyası yaradılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  bildirilib ki, komissiya apellyasiya müraciətlərinə baxılması üçün sentyabrın 15-dən 17-dək fəaliyyət göstərəcək. Apellyasiyaya ilk iki mərhələdə uğursuz nəticə göstərən və ya ümumiyyətlə, daha öncə müraciət etməyən şəxslər müraciət edə bilərlər. Daha öncə hər hansı peşə təhsil müəssisəsinə qəbul olan və sənədlərini təsdiq edən şəxslər bu mərhələdə ixtisas dəyişilməsi məqsədilə müraciət edə bilməzlər. Sentyabrın 15-dən etibarən müraciətçilər həm elektron qaydada portal.edu.az saytına daxil olmaqla açıq olan vakant yerlərə müraciətlərini göndərə, həm də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə (ünvan: Binəqədi rayonu, Koroğlu Rəhimov 70) yaxınlaşaraq birbaşa apellyasiya komissiyasına öz müraciətlərini ünvanlaya bilərlər. Komissiyaya yerində müraciət edə bilməyən şəxslər qeyd edilən tarixlərdə [email protected] elektron poçt ünvanına müraciətlərini yazılı məktubla göndərə bilərlər.

Portal.edu.az saytı vasitəsilə müraciət aşağıdakı ardıcıllıqla (təlimata uyğun) həyata keçirilməlidir:

- Şəxsi kabinetinə daxil olunur,

- “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidmətinə keçid edilir,

- “Müraciət et” bölməsinə daxil olunur,

- Şəxsi məlumatlar daxil edilir,

- Əvvəlki təhsil məlumatları daxil edilir,

- Ekranda görünən vakant yerlərdən biri seçilib müraciət edilir. Təsdiq aldığı təqdirdə, sənədlər peşə təhsil müəssisəsinə təqdim edilməlidir.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində birbaşa apellyasiya komissiyası sentyabrın 15-dən 17-dək saat 10:00-dan 17:00-a kimi fəaliyyət göstərəcək. Göstərilən saatlar daxilində vətəndaşların müraciətlərinə yerində baxılacaqdır.

[email protected] elektron poçt ünvanına 15-17 sentyabr tarixində edilmiş apellyasiya müraciətləri apellyasiya komissiyası tərəfindən cavablandırılacaq. Müraciət göndərərkən mütləq ad, soyad, ata adı və əlaqə nömrəsi qeyd olunmalıdır.

Qeyd edək ki, hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetinə müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra sentyabrın 17-dək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.