Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-09 15:10:00
Kolleclərə ixtisas seçimi 2 dəfə keçiriləcək?-DİM açıqladı

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib. 

 

Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada – portal.edu.az platforması vasitəsilə aparılacaq. Qeydiyyat tarixləri barədə əlavə məlumat veriləcək.
 
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcəkdir.
 

9 illik bazadan kolleclərə ixtisas seçimi 2 dəfə keçiriləcək?

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, bəli. Tarixlər barədə məlumat veriləcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları