Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-09-01 12:48:00
Bu gündən bütün elm və təhsil müəssisələrində məhdudiyyətlərin tətbiqinə başlanılır-RƏSMİ  

Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi son dəyişikliyə əsasən sentyabrın 1-dən bəzi məhdudiyyətlərin tətbiqinə başlanılır.

 

AzEdu.az xəbər verir ki, bu gündən etibarən dövlət orqanlarının (qurumlarının) əməkdaşlarının, habelə mülkiyyət formasından asılı olmayaraq bütün elm və təhsil müəssisələrinin işçilərinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq) azı 80 faizinin COVID-19-a qarşı birinci doza, oktyabrın 1-dən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb olunur.

 

Eni zamanda, ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportunun olması tələb edilir.(Azərtac)