Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-08-03 10:12:00
Hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur

Avqustun 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən hərbi liseylərə qəbul imtahanı keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, imtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil ediləcək. Hərbi liseylərə qəbul imtahanında 1911 abituriyentin iştirakı nəzərdə tutulur. İmtahanlar saat 10:00-da başlanır. Saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

 

Xatırladaq ki, iştirakçılar DİM-in internet saytına daxil olaraq imtahana buraxılış vərəqəsini çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” təqdim olunur. Burada iştirakçılara imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.