Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-28 17:00:00
Ənənəvi təhsil UNEC-də sentyabr ayından əsas təhsil forması kimi qəbul edilib
Bu gün növbəti tədris ilinə hazırlıq işlərinin gedişatını müzakirə etdik. Hər şey planlaşdırdığımız kimi gedir. Ənənəvi təhsil UNEC-də sentyabr ayından əsas təhsil forması kimi qəbul edilmişdir.
 
AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru Ədalət Muradov öz facebook səhifəsində yazıb. 
 
Rektor Qeyd edib ki ,Epidemioloji durum imkan verdiyi və NK yanında Operativ Qərargahın qərarına əsasən vaksinasiya baş tutduğu halda ənənəvi təhsilə başlamaq üçün başqa hər hansı bir maneə görünmür.
 
 
Son olaraq tələbələrə uğurlar arzulayıb
 
Sentyabrda UNEC-də görüşmək arzusu ilə...
Uğurlar!