Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-22 15:57:00
Bakı Ali Neft Məktəbi ilə Poltava Milli Texniki Universiteti arasında əməkdaşlıq genişlənir
Bakı Ali Neft Məktəbində Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenkonın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
 
 
AzEdu.az bildirir ki,Görüşdə həmin universitetin Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Svitlana Sivitska və “UKRNAFTAGAZSERViS” şirkətinin direktoru İqor Vitrik də iştirak ediblər. Hər iki universitet arasında 2017-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində nəzərdə tutulmuş əməkdaşlıq istiqamətlərinin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Bakı Ali Neft Məktəbinin tədris və elmi işlər üzrə prorektoru Zəfər Qurbanov bildirib ki, növbəti tədris ilindən etibarən pandemiya ilə bağlı məhdudiyyətlər aradan qalxarsa, universitetin tələbələri Bakı Ali Neft Məktəbində mübadilə proqramı əsasında təhsil ala bilər.
 
 
Kampusla ətraflı tanış olan Poltava Milli Texniki Universitetinin rektoru BANM - də təhsil üçün yaradılmış imkanları yüksək qiymətləndirib və rəhbərlik etdiyi ali təhsil müəssisəsində bu istiqamətdə Ali Neft Məktəbinin təcrübəsindən yararlanacaqlarını vurğulayib.