https://www.zirve.edu.az/ #
2021-07-22 11:00:00
Müsahibədə uğur qazanmış 32 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib  

On üç dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunmuş ümumi müsahibə davam edir.

 

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 39-u dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 38-i B növü vəzifələrə (inzibati icraçı) aiddir. Bu günə olan məlumata görə, müsahibədə uğur qazanmış 32 namizəd dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

 

Ümumi müsahibəyə çıxarılan ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əqli Mülkiyyət Agentliyi və Kənd Təsərrüfatı Nazirliyində müvafiq vəzifələrdir. Ümumilikdə isə Ekologiya və Təbii Sərvətlər Nazirliyində 40, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyində 8, Dövlət Statistika Komitəsində 7, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 7, Kənd Təsərrüfatı Nazirliyində 3, Maliyyə Nazirliyində 3, Əqli Mülkiyyət Agentliyində 2, Sumqayıt İnzibati Məhkəməsində 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 1, Hesablama Palatasında 1, İqtisadiyyat Nazirliyində 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1 və Sumqayıt Apellyasiya Məhkəməsində 1 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

 

Ümumi müsahibədə iştirak üçün 239 nəfər müraciət edib. Müsahibə iyulun 29-dək davam edəcək.