Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-20 18:00:00
“Amazon” qurucusu Jeff Bezos bu gün Kosmosa uçur  

Çoxdan gözlənilən uçuş günü gəldi. Bezos və yol yoldaşı Blue Origin adlı kosmik gəmidə kosmosa gedəcəklər.

 

AzEdu.az xəbər verir  ki, Amazon və Blue Origin-in qurucusu, dünyanın ən varlı adamı Jeff Bezos əlamətdar bir gündə uçur kosmosa. Apollon 11-in Aya enməsinin 52-ci ildönümünüdür 20 iyul tarixi. Heç bir problem görünməzsə uçuş bu gün saat 16: 00-da başlayacaq.

 

Jeff Bezos kosmosdakı ilk milyarder olmayacaq.

 

“Virgin Galactic”in qurucusu Richard Branson araya girməsəydi Jeff Bezos kosmosu fəth edən ilk milyarder olacaqdı. Ancaq Richard Branson keçən həftə bütün planları pozdu.

 

Jeff Bezos kosmosdan necə geri dönəcək?

 

Jeff Bezos və digər ekipaj üzvləri “Blue Origin” “The New Shephard” kosmik gəmisində olacaqlar. Kosmik aparatı daşıyan raket, dördlüyü kosmik sərhəd olaraq bilinən 100 kilometr yüksəkliyə qaldıracaq. Yenidən istifadə edilə bilən bu raket və kapsul bu gün üçüncü uçuşunu edəcək. Blue Origin bu sistemi 15 dəfə sərnişin olmadan avtonom uçuşlarda sınamış idi.

 

Təxminən 100 kilometr yüksəkliyə çatdıqda kapsul və raket bir-birindən ayrılacaq. Raket SpaceX-in raketləri kimi dünyaya qayıdır. Bu vaxt kapsul, Richard Bransonun uçuşundakı kimi kosmosda sıfır cazibə mühitini hiss etmək üçün astronavtlara bir neçə dəqiqə veriləcək. Bu bir neçə dəqiqədən sonra kapsul yer üzünə enməyə başlayacaq.

 

Uçuşda olan dörd nəfər kimdir?

 

• Jeff Bezos (Amazon və Blue Origin-in qurucusu)


• Mark Bezos (Jeff Bezosun “ən yaxşı dost” adlandırdığı qardaşı)


• Mary Wallace Funk (82 yaşlı ABŞ-ın ilk qadın hava təhlükəsizliyi müfəttişi, keçmiş pilot, kosmosa çıxan ən yaşlı insan)


• Oliver Daemen (18 yaşında, Hollandiyalı fizika tələbəsi, 28 milyon dollar verərək uçuşa qatılır, kosmosa gedən ən gənc insan olacaq.)

 

Kosmik uçuşu “Blue Origin” öz saytından və ya YouTube kanalından canlı izləmək olacaq.(Modern.az)