Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-08 10:12:00
Ukraynalı universitet rektoru ADNSU-nun 100 illik yubiley medalı ilə təltif edilib

İyulun 6-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Ukraynanın Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitetinin rektoru Vladimir Onişenko və nümayəndə heyəti ilə görüşüb.

 

AzEdu.az xəbər verir ki, universitetlər arasında əməkdaşlığın müzakirə olunduğu görüşdə yeni fəaliyyət istiqamətləri  və perspektivlər, həmçinin tələbə mübadiləsi və digər mövzularda müzakirələr aparılıb.

 

ADNSU-nun rektoru, professor M.Babanlı universitetlə sıx əməkdaşlıq əlaqələrinin yaradılmasındakı xidmətlərinə görə V.Onişenkoya "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı”nı təqdim edib. 

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 26 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar” “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanununda dəyişikliyi təsdiqləyib. Dəyişikliyə əsasən, "Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” təsis olunub. Azərbaycan Respublikasının yubiley medalı ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif edilirlər.