Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-02 12:19:00
Abituriyentlər başlarına ən çətin nə gələ bilərdisə, onu da yaşadılar -EKSPERT

 

 

Artıq bir neçə ildir ki, ali məktəblərə qəbul olmaq istəyən abituriyentlər üçün  nəticələrini yaxşılaşdırmaqdan ötrü əlavə şans imtahanları təşkil olunur.

 

Bu mexanizm  abituriyentlərin könüllü seçiminə əsaslanmaqla onlara verilən ən böyük şanslardan biridir.

 

Yazda və yayda keçirilən bu imtahanlar məzmunca eynidir.

 

Ümumiyyətlə, şans imtahanlarının gələcək taleyi necə görünür? Bu mexanim qarşıdakı illərdə də tətbiq edilə, minlərlə abituriyentə əlavə şans yarada biləcəkmi? Şans imtahanlarının müsbətləri ilə yanaşı, hər hansı mənfiləri varmı?

 

Təhsil üzrə ekspert Adil Vəliyev AzEdu.az-a açıqlamasında   bu məsələ ilə bağlı fikirlərini bölüşüb:

 

Bildiyiniz kimi, keçən il pandemiya səbəbindən qəbul imtahanlarında həm gecikmələr yaşandı. Üstəlik, proses vaxt məhdudiyyətinə görə bir dəfə keçirildi.

 

Qəbul imtahanının bir deyil, iki  dəfə keçirilməsi abituriyentlər üçün müsbət haldır.  Çünki keçən ilin  X  sinifləri, yəni  hazırkı XI-lər  son 2 ildə  abituriyentlərin başına ən çətin hansı vəziyyət gələ bilərdisə, onların hamısını   yaşadılar.

 

Ancaq hazırkı yumşalmalar abituriyentlərin də xeyrinə oldu ki, hazırda onlar rahat şəkildə qruplar üzrə hazırlaşa bilir və sınaqlarda iştirak edərək imtahan abu-havasını öyrənmiş olurlar.

 

İmtahanların 2 dəfə keçirilməsi abituriyentlər üçün də ayrıca bir xoş xəbər oldu.  Çünki ilk imtahanda həm həyəcan bəzən  arzulanan nəticəni əldə etməyə imkan vermir. Əlavə olaraq,  abituriyent  ikinci şans imtahanına qədər bilmədiyi mövzular üzərində işləyir.

 

Son olaraq onu da qeyd etmək lazımdır ki , bu imtahanların ikisinin də nəticələri keçərlidir.   Abituriyent  istədiyi nəticə ilə müsabiqədə iştirak edə bilər.

 

Məmmədova Gülcahan