Azedu.az

Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb  

Orta təhsil

Məktəbə qəbul

23 İyun 2021, 09:24
Direktor müavinlərinin müsahibə mərhələsi yekunlaşıb  

Peşə təhsil müəssisələrinə direktor müavinlərinin mərkəzləşdirilmiş işə qəbulunun müsahibə mərhələsi yekunlaşıb. Müsahibə mərhələsində ümumilikdə 77 namizəd iştirak edib.

Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda müsahibə nəticələrinin təhlili prosesi aparılır. İyul ayının əvvəlində müsahibənin yekun nəticələri barədə namizədlərin şəxsi səhifələrində məlumatlar yerləşdiriləcək.

Qeyd edək ki, sonuncu mərhələ zamanı namizədlərin peşəkar kompetensiyaları, idarəetmə bacarıqları və ümumi dünyagörüşü qiymətləndirilib.

Bu vaxta kimi erməni dövləti olmayıb - Paşinyandan şok etiraf
Son xəbərlərDaha çox