Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-22 10:48:00
Azərbaycan dili fənni üzrə ikinci imtahanda 2 mindən çox şagird iştirak edəcək  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə test imtahanı keçiriləcək.

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda ümumilikdə 2432 (Bakıda 1936, Naxçıvanda 3, Gəncədə 250, Şəkidə 88, Xaçmazda 155) abituriyentin (şagirdin) iştirakı nəzərdə tutulur.

 

Qeyd edək ki, imtahan Bakı, Naxçıvan, Şəki, Xaçmaz və Gəncə şəhərlərində, ümumilikdə 12 binada aparılacaq.