Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-19 11:42:00
Sabah xarici dillər üzrə doktoranturaya qəbul imtahanı keçiriləcək  

İyunun 20-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçiriləcək.

 

Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib. Bildirilib ki, xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanlarında 1272 namizəd (iddiaçı) iştirak edəcək. 1213 namizəd ingilis dili üzrə, 33 namizəd fransız dili üzrə, 26 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. DİM-ə müvafiq sertifikatını təqdim etmiş 20 namizəd isə xarici dil imtahanından azad olunub.

 

Bakı və Naxçıvan şəhərlərində keçiriləcək imtahanlar saat 11:00-da başlanır. İmtahanın müddəti 2 saat 30 dəqiqədir. İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarının cavablandırılmasına, son 1 saatı isə yazılı tapşırığın yerinә yetirilmәsinә (xarici dil üzrə doktoranturaya qəbul imtahanında esse yazılmasına, xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə vizual mәlumatın yazılı təsviri üçün) ayrılır.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
SORĞU
"İlin gənc müəllimi"nin qalibi olaraq kimi görürsünüz?
Səs ver
FACEBOOK