https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-17 10:24:00
Universitetlərə müsabiqədənkənar qəbul yalnız bu ixtisaslar üzrə aparılır-SİYAHI  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 229 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

fənn olimpiadalarının qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

2.2.1. Azərbaycan dili və ədəbiyyatı fənni üzrə: [1]

  1. Azərbaycan dili və ədəbiyyatı müəllimliyi;
  2. məktəbəqədər təhsil;
  3. ibtidai sinif müəllimliyi;
  4. korreksiyaedici təlim;
  5. filologiya (dil və ədəbiyyat göstərilməklə);
  6. jurnalistika;
  7. kitabxanaçılıq və informasiya fəaliyyəti;

2.2.2. tarix fənni üzrə:

  1. tarix;
  2. tarix müəllimliyi;
  3. tarix və coğrafiya müəllimliyi;
  4. politologiya;
  5. fəlsəfə;
  6. kitabxanaçılıq və informasiya fəaliyyəti;
  7. sosiologiya;
  8. muzey, arxiv işi və abidələrin qorunması;
  9. psixologiya;

2.2.3. coğrafiya fənni üzrə:

  1. coğrafiya;
  2. coğrafiya müəllimliyi;
  3. tarix və coğrafiya müəllimliyi;
  4. regionşünaslıq (regionlar üzrə);
  5. ekologiya;
  6. hidrometeorologiya;

2.2.4. riyaziyyat fənni üzrə: [2]

  1. riyaziyyat;
  2. riyaziyyat müəllimliyi;
  3. riyaziyyat və informatika müəllimliyi;
  4. statistika;
  5. mexanika;
  6. kompüter elmləri;
  7. aerokosmik mühəndislik;
  8. aqromühəndislik;
  9. aviasiya təhlükəsizliyi mühəndisliyi;
  10. cihaz mühəndisliyi;
  11. dəniz naviqasiyası mühəndisliyi;
  12. ekologiya mühəndisliyi;
  13. energetika mühəndisliyi;
  14. gəmi energetik qurğularının istismarı mühəndisliyi;
  15. gəmiqayırma və gəmi təmiri mühəndisliyi;
  16. geologiya və geofizika mühəndisliyi;
  17. geomatika və geodeziya mühəndisliyi;
  18. hava nəqliyyatının hərəkətinin təşkili;
  19. informasiya texnologiyaları;
  20. inşaat mühəndisliyi;
  21. kommunikasiya sistemləri mühəndisliyi;
  22. kompüter mühəndisliyi;
  23. logistika və nəqliyyat texnologiyaları mühəndisliyi;
  24. maşın mühəndisliyi;
  25. materiallar mühəndisliyi;
  26. mədən mühəndisliyi;
  27. meliorasiya mühəndisliyi;
  28. metallurgiya mühəndisliyi;
  29. mexanika mühəndisliyi;
  30. mexatronika və robototexnika mühəndisliyi;
  31. neft-qaz mühəndisliyi;
  32. nəqliyyat mühəndisliyi;
  33. nəqliyyat tikintisi mühəndisliyi;
  34. proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  35. sənaye mühəndisliyi;

2.2.5. fizika fənni üzrə:

  1. fizika;
  2. fizika müəllimliyi;
  3. mexanika;
  4. geologiya və geofizika mühəndisliyi;
  5. elektrik və elektronika mühəndisliyi;
  6. radiotexnika və telekommunikasiya mühəndisliyi;
  7. materiallar mühəndisliyi;
  8. mühəndis fizikası;

2.2.6. kimya fənni üzrə:

  1. kimya;
  2. kimya müəllimliyi;
  3. kimya və biologiya müəllimliyi;
  4. ekologiya;
  5. qida mühəndisliyi;
  6. kimya mühəndisliyi;
  7. şərabçılıq;
  8. torpaqşünaslıq və aqrokimya;

2.2.7. biologiya fənni üzrə:

  1. biologiya;
  2. biologiya müəllimliyi;
  3. kimya və biologiya müəllimliyi;
  4. ekologiya;
  5. balıqçılıq;
  6. su bioehtiyatları və akvakultura;
  7. bitki mühafizəsi;
  8. aqronomluq;
  9. zoomühəndislik;
  10. baytarlıq təbabəti;
  11. psixologiya;

2.2.8. informatika fənni üzrə:

  1. riyaziyyat və informatika müəllimliyi;
  2. informatika müəllimliyi;
  3. kompüter elmləri;
  4. kompüter mühəndisliyi;
  5. proseslərin avtomatlaşdırılması mühəndisliyi;
  6. informasiya texnologiyaları;
  7. informasiya təhlükəsizliyi;
  8. mexatronika və robototexnika mühəndisliyi.

2.3. Bu Qaydanın əlavəsində göstərilən beynəlxalq müsabiqələrin və yarışların qaliblərinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu aşağıdakı ixtisaslar üzrə həyata keçirilir:

2.3.1. Olimpiya oyunları üzrə qaliblərin: [3]

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.2. Olimpiya idman növləri üzrə dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.3. Olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.4. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə dünya çempionatı və birinciliklər üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.5. Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınmış qeyri-olimpiya idman növləri üzrə Avropa çempionatı və birinciliklər üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.6. Yeniyetmələrin yay olimpiya oyunları üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.7. Avropa oyunları üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.8. İslam Həmrəyliyi Oyunları üzrə qaliblərin:

  1. fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi;
  2. məşqçilik;

2.3.9. “Muğam aləmi” beynəlxalq muğam müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (xanəndə);

2.3.10. Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin - vokal sənəti (akademik vokal);

2.3.11. M.Maqomayev adına vokalçıların beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qaliblərin:

  1. vokal sənəti (akademik vokal);
  2. populyar musiqi və caz ifaçılığı (sahələr üzrə);

2.3.12. Qəmər Almaszadə adına beynəlxalq rəqs müsabiqəsi üzrə (Bakı, Azərbaycan) qaliblərin:

  1. xoreoqrafiya sənəti (sahələr üzrə);
  2. rəqs müəllimliyi;[4]

2.3.13. “Grumiaux” beynəlxalq gənc skripkaçılar müsabiqəsi üzrə (Namür, Belçika) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.14. Gənc pianoçuların “Stupen k masterstvu” beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.15. Gənc trubaçıların beynəlxalq müsabiqəsinin (Stara Zaqora, Bolqarıstan) qalibləri – instrumental ifaçılıq (nəfəs alətləri);

2.3.16. Gənc violonçelçilərin Antonio Janiqro adına müsabiqəsi üzrə (Xorvatiya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.17. Gənc musiqiçilərin P.İ.Çaykovski adına beynəlxalq müsabiqəsinin (Moskva, Rusiya) qalibləri: [5]

  1. vokal sənəti (akademik vokal);
  2. instrumental ifaçılıq (sahələr üzrə);

2.3.18. Gənc vokalçıların Yelena Obraztsova adına beynəlxalq müsabiqəsi üzrə (Sankt-Peterburq, Rusiya) qaliblərin – vokal sənəti (akademik vokal); [6]

2.3.19. Caz musiqi festivalının (Montre, İsveçrə) qalibləri – estrada sənəti;

2.3.22. “Eurovision” estrada mahnı müsabiqəsi üzrə qaliblərin – populyar musiqi və caz ifaçılığı (sahələr üzrə); [9]

2.3.23. Skripkaçıların A.İ.Yampolski adına beynəlxalq müsabiqəsi üzrə (Moskva, Rusiya) qalibləri – instrumental ifaçılıq (simli);

2.3.24. Pianoçuların Ferens List adına beynəlxalq müsabiqəsi üzrə (Budapeşt, Macarıstan) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.25. Pianoçuların Friderik Şopen adına beynəlxalq müsabiqəsi üzrə (Varşava, Polşa) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.26. Skripkaçıların Qenrix Venyavski adına beynəlxalq müsabiqəsi üzrə (Poznan, Polşa) qaliblərin - instrumental ifaçılıq (simli);

2.3.27. Skripkaçıların Fris Kreysler adına beynəlxalq müsabiqəsi üzrə (Vyana, Avstriya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.28. Skripkaçıların Yan Sibelius adına beynəlxalq müsabiqəsi üzrə (Helsinki, Finlandiya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.29. Skripkaçıların “Premio Paqanini” adına beynəlxalq müsabiqəsi üzrə (Genuya, İtaliya) qaliblərin – instrumental ifaçılıq (simli):

2.3.30. Skripka və alt ifaçılarının beynəlxalq müsabiqəsi üzrə (Bied, Sloveniya) qaliblərin – instrumental ifaçılıq (simli);

2.3.31. Kraliça Yelizaveta adına musiqi müsabiqəsi üzrə (Belçika) qaliblərin:

  1. vokal sənəti(akademik vokal);
  2. instrumental ifaçılıq (fortepiano, simli);

2.3.32. Pianoçuların Van Klibern adına beynəlxalq müsabiqəsi üzrə (Klivlend, ABŞ) qaliblərin – instrumental ifaçılıq (fortepiano);

2.3.33. “Şərq təranələri” beynəlxalq musiqi festivalı üzrə (Səmərqənd, Özbəkistan) qaliblərin:

  1. vokal sənəti(xanəndə); [10]
  2. instrumental ifaçılıq (xalq çalğı alətləri ifaçılığı).[11]