https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-15 14:00:00
MDU rektoru professor-müəllim heyətini Milli Qurtuluş Günü münasibəti ilə təbrik edib

Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov universitetin professor-müəllim heyətini Millli Qurtuluş Günü münasibəti ilə təbrik edib.

 

AzEdu.az rektorun təbrikini təqdim edir:

 

Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!

 

Əziz tələbələr, magistrantlar və məzunlar!

 

Sizi 15 iyun - Milli Qurtuluş Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

 

Məhz bu tarixdə ölkəmizdə ikinci dəfə hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqilliyimizi əbədi etdi.

 

Bu il Milli Qurtuluş Gününü ərazi bütövlüyü təmin olunmuş ölkənin vətəndaşı olaraq keçirməyimiz hər birimizdə sonsuz fəxarət hissi yaradır.

 

Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində Vətən Müharibəsində qazandığımız Tarixi Qələbə məhz 1993-cü ilin 15 iyun tarixindən başlanan zəfər yürüşünün məntiqi nəticəsi oldu.

 

Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli siyasəti, güclü siyasi iradəsi və milli maraqlara əsaslanan uzaqgörənliyi müstəqil Azərbaycanın qüdrətini davamlı artırır.

 

Milli Qurtuluş Gününüz mübarək olsun!