Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-14 16:39:00
Sosial-İqtisadi Kollecdə 15 iyun Milli Qurtuluş günü qeyd olunub

İyunun 14-də UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycan tarixində mühüm bir gün olan 15- iyun Milli Qurtuluş Günü ilə bağlı onlayn tədbir kecirilib.

 

AzEdu.az xəbər verir ki, Tədbirdə kollecin direktoru, pedaqogika elmləri doktoru Vidadi Orucov cıxış edərək ulu öndər Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də yenidən hakimiyyətə qaydışından sonra Azərbaycan tarixində baş verən mühüm hadisələrdən danışıb. Vətənini, xalqını sevən həmin çətin ağırlı günlərin dəhşətlərini yaşayan, hadisələri öz gözləri ilə görən insanlar üçün 15 iyun tarixini qurtuluş kimi qiymətləndirən direktor, 44 günlük Vətən müharibəsi zamanı əldə olunan qələbənin təməlində məhz ulu öndər Heydər Əliyevin inkişaf strategiyasının dayandığını vurğulayıb.

 

Kollecin tərbiyə işləri üzrə direktor müavini Zaur Vəliyev cıxışında dahi şəxsiyyət Heydər Əliyevin öz milləti və xalqı qarşısında ən böyük xidmətlərindən söz açıb. Prezident İlham Əliyevin ötən 18 il ərzində ulu öndərin təməlini qoyduğu siyasi-iqtisadi kursunu uğurla davam etdirdiyini diqqətə çatdırıb.

 

Sonra Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının sədri Natiq Musayev ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan, hərbi müəllim Xəlil Hüseynov Heydər Əliyev hakimiyyəti dövründə ordu quruculuğundan, tarix müəlliməsi Aynur Qurbanova isə Milli Qurtuluş Gününün xalqımızın həyatındakı rolundan bəhs edib.

 

Tədbirin sonunda kollecin 703 qrup tələbəsi Xanım Abbasova və 450 qrup tələbəsi Gülnar İbrahimli 15- iyun Milli Qurtuluş Günü münasibətilə hazırladıqları cıxışları təqdim ediblər.