Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-10 19:55:00
"Son zəng" keçiriləcək- Nazir şərtləri açıqladı

“Məktəblərdə “Son zəng” tədbirləri məktəblərdə təşkil olunacaq".

 

AzEdu.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şəxsi facebook səhifəsində açdığı canlı yayım zamanı deyib.

 

“Yaxın günlərdə şərtlər elan ediləcək. şərtlər çox sadədir. açıq havada və müəyyən say məhdudiyyətlər tətbiq olunacaq. Böyüksaylı, yəni 100-dən çox məzunu olan məktəblərdə yəqin ki, bir neçə hissədən ibarət son zəng tədbirlərinin keçirilməsi planlaşdırılır. Sosial məsafəyə riayət olunması tələb olunacaq.

 

Nazir,"son zəng”in necə keçiriləcəyinə də aydınlıq gətirib.

 

O deyib ki, “Son zəng”in keçirilməsi ilə bağlı konkret şərtlər yaxın günlərdə elan ediləcək: “Şərtlər çox sadədir, açıq havada keçiriləcək, say məhdudiyyəti olacaq, kiçik saylı məktəblər üçün təhlükə görmürük, şagird sayı 100-dən artıq olan məktəbdə yəqin ki, bir neçə hissədən ibarət olacaq. Karantin qaydalarına, sosial məsafəyə əməl etmək də şərtlərə daxildir. Uzun müddət məktəbdən kənar qalmış minlərlə şagirdimiz üçün “Son zəng”i qeyd etmək yaxşı xəbərdir. “Son zəng” tədbirində “Məktəblinin dostu” və könüllülülər də çalışacaq”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları