https://www.zirve.edu.az/ http://unec.edu.az/unec-de-4-ilde-iki-diplom-udid-proqrami/
2021-06-07 14:03:00
Peşə Təhsil Mərkəzinin tələbələri iş yerində praktik imtahanlar veriblər-FOTO  

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin aqroservis mütəxəssisi, üzümçülük və şərabçılıq ixtisasları üzrə təhsil alan tələbələri üçün “Dualabənzər peşə təhsili və təlimi” layihəsi çərçivəsində iş yerində praktik imtahanlar təşkil olunub.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a bildirilib ki, mərkəzin tələbələri fevralın 15-dən “İş yerində öyrənmə” təliminə, martın 29-dan isə istehsalat təcrübəsinə başlayıblar. İstehsalat təcrübələri “Gilan-Qəbələ Aqroservis” ASC və “Aspi Aqro” MMC-də təşkil olunub. Təcrübə proqramının yekunu olaraq aqroservis mütəxəssisi, üzümçülük və şərabçılıq ixtisasları üzrə iş yerində praktik imtahanlar təşkil olunub. Praktik imtahanlar tərəfdaş müəssisələrin tarlasında keçirilib və imtahan zamanı tələbələr texnikanın işə sazlanması, tarlanın səpinə hazırlanması, eyni zamanda, digər müvafiq tapşırıqları yerinə yetiriblər.

 

Tələbələrin bacarıqlarının qiymətləndirilməsi zamanı müəssisələrin baş mütəxəssisləri də yaxından iştirak edib.