Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-03 17:24:00
Dünyanı idarə edən MİLYARDERLƏR hansı UNİVERSİTETDƏ təhsil alıblar? 

Milyardlarla dollar sərvəti və idarəçiliyi ilə hər zaman gündəmdə olan dünyanın varlı insanları hansı universiteti bitirib?  

 

Ceff Bezos

 

Dünyanın ən zəngin insanı və “Amazon” şirkətinin sahibi, investor, xeyriyyəçi və rejissor Ceff Bezos Amerikanın ən yaxşı universitetləridən biri olan Princeton Universitetinin Elektrik mühəndisliyini bitirib.


Bill Qeyts 

 

"Microsoft" şirkətinin yaradıcılarından biri olan Bill Qeyts 30 il ərzində Harvard Universitetini bitirib. 

 

Varren Buffett

 

Dünyanın ən varlı inanlarından olan Varren Buffett iş dünyasına maraq göstərir və erkən yaşlarında fond bazarına investisiya qoyur. Buffet, Nebraska Universitetinə getməzən əvvəl təhsilə Pensilvaniya Universitetinin nəzdindəki məktəbdə başlayıb və burada iş idarəçiliyi üzrə lisenziya dərəcəsi alıb. Daha sonra “Columbia Business School”da iqtisadiyyat üzrə magistr dərəcəsinə yiyələnir. 


Mark Zuckerberq

 

Son illərin haqqında ən çox danışılan şəxslərindən biri “Facebook”un yaradıcısı  Mark Zuckerberqdir, Harvard Universitetindəki təhsilini yarımçıq qoysa da, “Facebook”un sistemli şəkildə tənzimləndiyi müddətdə kompüter proqramlaşdırma təhsilini tamamladı.


Karlos Slim 

 

1940-cı ildə Meksikada doğulan Karlos Slim telekommunikasiya sektorunda tanınmış məşhur iş adamı və investordur. “Telmex”, “Telcel” və “America Mowil” şirkətlərinin yaradıcısı, eyni zamanda idarə heyətinin rəhbəridir. İbtidai təhsili barədə dəqiq məlumat bilinməsə də ali təhsilini Meksikada yerləşən universitetlərin birində İnşaat mühəndisliyi üzrə bitirdiyi məlumdur. 


Bernard Arnault  

 

Bernard Arnault  atasının inşaat şirkətindəki bütün fəaliyyətini saxlayıb, özünün lüks geyim firmasını yaradır. İllər sonra o dünyanın məşhur geyim brendi olan “LVMH” şirkətlər qrupunun rəhbəri olur. Bernard Arnault 1971 –ci ildə  İsveçrədə yerləşən dünyanın ən yaxşı universitetlərindən olan “École Polytechnique Fédérale de Lausanne” universitetinin mühəndislik bölümündə təhsil alıb. 

 

Lent.az