Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-30 13:16:00
Magistraturaya qəbul imtahanının II cəhdinin nəticələri ilə bağlı müraciətlərə apellyasiyada baxılacaq  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına mayın 26-da keçirilmiş qəbul imtahanının II cəhdinin nəticələri ilə bağlı müraciətlərə baxılması üçün Dövlət İmtahan Mərkəzi (DİM) apellyasiya təşkil edəcək.

DİM-dən bildirilib ki, müraciətlərə iyunun 1-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) baxılacaq. Komissiyaya müraciət etmək istəyənlər mayın 29–dan 31-dək DİM-in internet saytında yerləşdiriləcək elektron apellyasiya ərizəsini doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Apellyasiya zamanı bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.