Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-13 16:27:00
Müəllimlər üçün çox faydalı olan 15 web sayt - Onlarda hər şey var- MARAQLI  

Müəllimlər dərsi izah edərkən çox zaman mövzuları daha  maraqlı və yararlı etmək  üçün bir çox internet saytı və tətbiqlərdən faydalanırlar:

 

AzEdu.az  müəllim və şagirdlərin işinə yaraya biləcək internet saytlarını təqdim edir:

 

1.Gənclər:  Scholastic Kids

Bu saytda şagirdlər(tələbələr) kitab təhlili və rəyləri yaza, təkliflər oxuya, izlədikləri materiallarla  əlaqəli oyunlar yarada və  müəllifləri tanıdan videolar  izləyə bilərlər.

 

2.Kitablar:  Book Wizard

Book Wizardda müəllimlər uşaqlara dərs izah edərkən istifadə edə biləcəkləri lazımi kitabları tapa və şagirdlərinin səviyyəsinə uyğun kitablardan istifadə edə bilərlər.

 

3.Yaradıcı layihələr :  Crayola For Educators

 

Bu saytda, sinifdə tətbiq edə biləcəyiniz hər yaşa və səviyyəyə görə bir-birindən əyləncəli və rəngli fəaliyyətlər tapa bilərsiniz.

 

4.Günə yaxşı bir başlanğıc:  Daily Starters

 

Gün başlayarkən yeni, əyləncəli məlumatlar üçün bu sayta baxa bilərsiniz.Həm əyləncəli məlumatlarla sizə ilham verir, həm də saytda verilən bəzi fikirləri sinifinizdə tətbiq edə bilərsiniz.

 

5.Məqalə:  Education Northwest

 

Bu saytda həyata keçirdiyiniz təlim proqramı üçün materiallar, dərs planları və yazı təklifləri tapa bilərsiniz. Şagirdlərinizi qiymətləndirmək üçün xüsusi  nümunələri  də tapa bilərsiniz.

 

  1. Lüğət: Wordsmyth

 

Bu saytda həm müəllimlər, həm də tələbələr (şagirdlər) internetə qoşulmadan xarici dildə bilmədikləri sözləri axtara, ana dilimizdə qarşılığını tapa  bilərlər.

 

7.Riyaziyyat oyunları:  National Library of Virtual Manipulatives

 

Burada hər yaş və səviyyəyə uyğun  məzmun tapa bilərsiniz. Bir çox mövzuda hər hansı bir riyaziyyat teoremi haqqında oyunları kəşf edə və şagirdlərinizə oynamaq mümkündür.

 

8.Coğrafiya:  Google Earth

 

Google Earth ilə sinifdəki tələbələrinizə coğrafi yerləri göstərə bilərsiniz. Saxara səhrasına gedə və oradan da Eyfel qülləsinə baş çəkə bilərsiniz.

 

9.Tarix:  EDSITEment

Bu linki ziyarət edərək izah edəcəyiniz mövzu ilə bağlı bir çox mənbələr, video və fotolar tapa bilərsiniz.

 

10.Elm:  National Science Teachers Association

 

Geologiya və astronomiya müəllimləri üçün çox sayda məqalə və düşüncənin yer aldığı bu sayt müəllimlərə mövzuları izah edərkən bir çox fərqli istiqamətdən faydalı materiallar təqdim edir.

 

  1. Cari hadisələr : Scholastic News

 

Mövcud hadisələri tələbələrə(şagirdlərə) çatdırmaq üçün istifadə edə biləcəyiniz bu saytda, günümüzdə  baş verən bir çox mühüm hadisə ilə bağlı video, foto və xəbər başlıqları yer alır.

 

12.Orta məktəb:  Underlined

 

Bu saytda gənc yazarlar üçün müzakirə və tədqiqat mühiti mövcuddur və gənc yazarlara əsərlərini bölüşmək imkanı verilir.

 

13.Virtual səyahət:  Smithsonian Education

 

Bu saytda, tələbələrinizə(şagirdlərinizə) izah etdiyiniz  bir mövzu üçün ən son təşkil edilmiş sərgilərə baş çəkə və kitablardan oxuduğunuz müharibələri izlədə  bilərsiniz.

 

14.Multimediya:  Glogster

 

Glogster-də tədris zamanı istifadə edə biləcəyiniz çox sayda foto, video, animasiya və yazılı məzmun var. Bu saytdan istifadə edərək daha interaktiv və yaradıcı sinif mühiti yarada bilərsiniz.

 

15.İnteraktiv lövhə:  SMART Exchange

 

Burada digər müəllimlərin tövsiyələrindən yararlana və ya öz yaradıcı fikirlərinizi onlarla bölüşə bilərsiniz.