Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-12 12:55:00
Lütfi Zadənin 100 illiyinə həsr olunan tədbir keçirilib-FOTO

Azərbaycan Respublikası Prezidentinin "Görkəmli elm xadimi Lütfi Zadənin 100 illiyinin qeyd edilməsi haqqında" 25.01.2020 -ci il tarixli sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədi ilə "Birgə Tədbirlər Planı"na uyğun olaraq, Ağdam rayon 91 nömrəli tam məktəbin onlayn tədbiri keçirilib.

 

Tədbirdə Lütfizadə irsinin mənəvi və elmi varisi dünyaşöhrətli alim,həmyerlimiz RAFİQ ƏLİYEV,AzEdu portalının rəhbəri,Lütfizadənin irsini araşdıran Elmin Nuri, Ağdam RTŞ-nin müdiri Mətanət xanım Misirxanova,metodistlər,məktəb direktorları və məktəbimizin şagird və müəllim kollektivi iştirak etdilər. Tədbirdə Lütfi Zadənin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

 

Şagirdlərin nəzərinə bu gün dünya elminə Lütfi Zadənin digər yenilikləri ilə yanaşı 6 mühüm nəzəriyyəsinin olduğuda çatdırılmışdır. Hazırda onlardan elm və istehsalatda geniş və səmərəli şəkildə istifadə olunur. Görkəmli alimə dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan nəzəriyyəsi " Qeyri səlist məntiq" nəzəriyyəsidir.

 

Dünyanın ən böyük Amerika və Yaponiya kimi yüksək texnologiyalara malik ölkələrinin nüfuzlu şirkətləri Lütfi Zadənin yaratdığı nəzəriyyədən istifafə edərək, dünya səviyyəsində onlara şöhrət gətirəcək ən yüksək nailiyyətlərə imza atıblar. #TəhsilNazirliyi #AğdamRTŞ #EduAz #Onlayntədbir #Görkəmlialim #LütfiZadə