Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-11 17:08:00
“Əlaqə mərkəzi təmsilçisi” üzrə təlimə müraciətlər qəbul olunur  

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən “Əlaqə mərkəzi təmsilçisi” üzrə təlimə müraciətlər qəbul olunur.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən AzEdu.az-a verilən məlumata görə,  təlimə qoşulmaq istəyənlər mayın 23-dək müraciət edə bilərlər.

 

Təlimə seçilmiş iştirakçılar dövlət qurumları, ticarət, xidmət və digər sektorlardan müraciət edənlərin gözlənti, irad və şikayətlərini təqib və təhlil etməyi, eləcə də mümkün həll yollarını öyrənəcəklər. Təlimin məqsədi sözügedən xidmət sahəsində peşəkarlığın yüksəldilməsi, əmək bazarında rəqabətlilik və məşğulluq səviyyəsinin artırılmasıdır.

 

Təlimdə iştirak üçün əsas seçim meyarları:

 

- Bakı şəhərində yaşayan gənclər;

- Fikrini aydın izah etmək bacarığı;

- Kompüter və ofis proqramlarından ümumi istifadə bacarığı;

- Azərbaycan dilində səlis danışıq bacarığı;

- Bir əlavə dil biliyi (rus və ya ingilis dili; hər ikisini bilmək üstünlükdür);

- Daim inkişaf etmək istəyi, çeviklik və ünsiyyət bacarığı.

 

Bir ay davam edəcək təlim (həftəiçi 3 gün, hər gün 2 saat olmaqla) həm onlayn, həm də təlim otaqlarında Bakı şəhərində yerləşən @Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. İnteraktiv və praktiki məşğələlərdən ibarət təlimin sonunda təlimi müvəffəqiyyətlə başa vurmuş iştirakçılara sertifikatlar təqdim olunacaq.