Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-04 10:23:00
MİQ müsabiqəsində suallar necə bölüşəcək? - Müəllim və namizədlərin diqqətinə 

Məlum olduğu kimi ötən ildən etibarən müəllimlərin işə qəbul müsabiqəsində 20 sual metodika və pedaqogika və qanunvericilik sahələrinə aid olacaq.

 

 

 

Müəllim namizədləri maraqlandıran əsas məsələ imtahandan  bu sahələrdən hansına üstünlük veriləcəyidir.

 

 

 

AzEdu.az bunu nəzərə alaraq, ötənilki göstəriciləri təqdim edir:

 

 

Ötən il 10 sual metodika, 10 sual isə pedaqogika üzrə bölüşdürülmədi..

 

Bura Təhsil Qanunu, Ümumtəhsilin Nizamnaməsi və s sənədlər daxildir. Bunlar ötənilki qiymətləndirmə çərçivəsində  də qeyd olunub.

 

 

Səbəbi isə müəllimin  qanunvericiliklə bağlı məsələlərdən məlumatlılığının zəruriliyidir. Sualların sayı 3 oldu.

 

 

 

Yerdə qalan 17 sual isə 8-9 olaraq təxmini bərabər olaraq bölüşdürüldü və üstünlük metodikaya verilib. Metodika dedikə isə söhbət şagirdlərə işin məzmunu, təşkili, qiymətləndirmə, planlaşdırma, pedaqoji və psixoloji nəzəriyyələrdən gedir .  Bu il hələlik həmin nəzəriyyələrin sayı az göstərilib, amma gələn il həmin siyahının genişlənməsi ehtimal olunur”.

 

 

Ötən il AZEdu.az-a açıqlama verən TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva bunları belə əsaslandırır:

 

 

 

 

“Müəllim bilməlidir ki, dünyanın məşhur pedaqoqları hər hansı yaranmış vəziyyətə necə baxırlar. Məsələn, şagird dərsə gecikərkən müəllimin davranışı barədə pedaqogika nə deyir? Yaxud sinifdə şagirdlər arasında münaqişə varsa, onu həll etməyin ən səmərəli yolu nədir? Müəllimlə şagirdin arasında əməkdaşlıq qurula bilmirsə, bunun çıxış yolu nədir? Və s

 

 

 

Yəni bunu dünya pedaqogikasından oxuyub cavab tapmaq lazımdır. Biz demirik ki, müəllim sinifdə nəzəriyyədə necə yazılıbsa, elə tətbiq etməlidir.  Qətiyyən belə deyil.  Sadəcə həmin pedaqoji nəzəriyyələr xeyli dəyişdirilib, təkmilləşdirilib, hər xırdalığına qədər analiz edilib, sınaqdan keçib, yəni  hazırda ən yaxşısı hesab olunur. Biz niyə yenidən o mərhələləri keçək? Pedaqogikada hazır təsdiq olunmuş fikirlər varsa, ondan bəhrələnə bilərik.

 

 

 

Həmçinin bu o demək deyil ki, pedaqogikada vahid fikirlər var. Bu elm sahəsində də bir məsələyə 3-5 münasibət var. Müəllim həmin münasibətləri oxumalıdır, onlardan özünə uyğun olan çıxarmalıdır. Amma təbii ki, ondan soruşulanda ki, Piajenin nəzəriyyəsində hər hansı məsələyə münasibət necədir, onda konkret pedaqoqun fikrin bilməlidir”.

 

 

 

Məlumat üçün bildirək ki, müəllimlərin işə qəbul müsabiqəsində sualların bölgü prinsipi böyük ehtimalla ötənilki kimi olacaqdır.