https://www.zirve.edu.az/ #
2021-05-04 10:10:00
UNEC-də ingilis dili müəllimləri üçün vakansiya

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2021/2022-ci tədris ili üçün xarici dil (ingilis dili) müəllimi vəzifəsi üzrə vakansiya elan edir.

UNEC-dən AzEdu.az-a bildirilib ki, ingilis dili müəllimi vəzifəsində çalışmaq istəyənlər CV-ni və təsdiqedici sənədləri mayın 17-dək [email protected]  ünvanına göndərə bilərlər.
Müraciət edənlər üçün əsas tələb ixtisas üzrə magistr dərəcəsi, beynəlxalq dil sertifikatları, xüsusilə IELTS 7 (yazı və danışıq göstəricisi minimum 6.5), TOEFL (min 95) sertifikatının olmasıdır.

Pedaqoji təcrübəsi, innovativ tədris və təlim metodlarından istifadə bacarığı, pozitiv, kommunikativ və komanda ilə işləmə bacarığı, eləcə də ofis proqramları, onlayn tədris və biliyin qiymətləndirilməsi platformaları üzrə bilik və bacarıqları olan namizədlərə üstünlük veriləcək.