Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-11 10:50:00
Rezidentura imtahanlarına gəlməyənlər, qovulanlar və rekord bal toplayanlar – Maraqlı statistika  

Artıq rezidenturaya qəbul imtahanının hər iki mərhələsi yekunlaşıb və ixtisas seçimi başlanıb. Birinci mərhələ baza fənləri, ikinci mərhələ isə kliniki fənn suallarından ibarət olub.

DİM-dən AzEdu.az-a verilən məlumata görə rezidenturaya qəbul imtahanının aprelin 1-də keçirilən birinci mərhələsində ərizə verən  1092 namizəddən 17-si imtahana gəlməyib. 1 namizəd  isə qaydaları pozduğu üçün imtahandan xaric olunub. 631 nəfər 40 və daha çox bal toplayaraq, ikinci mərhələyə buraxılsa da, imtahanda  iştirak üçün 613 nəfər qeydiyyatdan keçib.

İmtahanın kliniki fənlər üzrə keçirilən ikinci mərhələsinə buraxılan namizədlərin isə 341-i cari ilin, 290-ı isə əvvəlki illərin məzunlarıdır.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsində ən yüksək göstərici müalicə işi və pediatriya istiqamətləri üzrə 84, stomatologiya üzrə 73, tibbi profilaktika üzrə isə 75 bal olub.

İkinci mərhələ imtahanında isə ən yüksək göstərici 95 bal olub. Bu uğuru Tibbi Profilaktika fakültəsinin tələbəsi əldə edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları