Dövlət Miqrasiya Xidmətinin (DMX) “Miqrasiya Məktəbi-3” layihəsi çərçivəsində növbəti onlayn təlim Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev tərəfindən “Miqrasiyanın idarə edilməsində beynəlxalq təşkilatların rolu” mövzusunda keçirilib.

 

DMX-dən AzEdu.az-a bildiriblər ki, təlim çərçivəsində iştirakçılara beynəlxalq təşkilatların, xüsusilə Beynəlxalq Miqrasiya Təşkilatının miqrasiya proseslərinin səmərəli idarə edilməsindəki rolu, təşkilatın bu sahədə Azərbaycandakı dövlət orqanları ilə qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.