Azedu.az

NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb

19 Aprel 2021, 16:31
NASA helikopterinin Marsda ilk uçuşu aprelin 19-na planlaşdırılıb

"Perseverance" (Əzmkarlıq) adlı planet roveri ilə birgə 4 apreldə Marsa çatan və mənfi 90 dərəcə temeratur sinağından uğurla çıxaraq akkumulyatorlarını günəş paneli vasitəsi ilə doldura bilən "Ingenuity" (İxtiraçılıq) adlı helikopterinin Qırmızı Planetdə ilk sınaq uçuşu 19 aprelə planlaşdırılıb.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə ABŞ Milli Aviasiya və Kosmik İdarəsi (NASA) bildirib. Uçuş bakı vaxtı ilə saat 11:30-da baş tutmalıdır.

 

Uçuşun nəticələri barədə məlumatlar plan gerçəkləşərsə Yer kürəsinə bir neçə saat ərzində çatdırıla bilər.

 

20-30 saniyə davam edəcək ilk uçuşun hündürlüyü təxminən üç metr olacaq. Daha sonra bu göstəricini beş metrə qaldırmaq planlaşdırılır.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox