Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-16 14:57:00
Müəllimlərə rəsmi cavab – Bu məsələ Təhsil Nazirliyinin səlahiyyətində deyil  

 

 

Bir qism müəllim həm daimi, həm də əlavə iş yerində çalışmaqla pedoqoji fəaliyyət göstərir. Lakin elə təhsil işçiləri olur ki, onlar əlavə iş yerini daimi, daimi olanı isə müddətsiz müqavilə əsasında qeyd etmək istəyirlər.

 

Belə ki, bunun üçün ikinci iş yerini müddətsiz əmək müqaviləsi ilə elektron informasiya sistemində əlavə iş yeri kimi qeydiyyata alınmaq lazımdır.

 

Müəllimlərin əksəriyyəti isə məsələnin Təhsil Nazirliyinin səlahiyyətinə daxil olduğunu düşünür.

 

Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətinə daxildir.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları