Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-13 14:12:00
Analıq məzuniyyətinə çıxan müəllimləri ən çox bu düşündürür - Müavinətləri belə hesablanır

Əmək Məcəlləsinə əsasən, hamiləliyə və doğuşa görə məzuniyyətlər  bir neçə qaydada müəyyən edilir.

 

Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda isə doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir.

 

Analıq məzuniyyətinə müəllimlər 6 aydan sonra tibbi arayışla çıxa bilərlər. Lakin müəllim iş qabiliyyətini itirmədiyini hiss edərsə, bu vaxtı müəyyən qədər də uzada bilər. Lakin 6 aydan əvvəl müəllimlər məzuniyyətə çıxarsa, bu müddət ödənişli hesab olunmur. Yəni müəllimə ödəniş edilmir.

 

Analıq məzuniyyətinə çıxanların müavinəti necə hesablanır?

 

İl ərzində alınacaq maaşın miqdarı iş günlərinin sayına bölünür. Alınan rəqəm isə aylıq alınan maaşa vurularaq müavinət hesablanır.

 

Orta aylıq əmək haqqı = məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği/12

 

Bir günlük əmək haqqı = orta aylıq əmək haqqı / 30.4

 

Məzuniyyət haqqı = Bir günlük əmək haqqı * Məzuniyyət günləri

 

Qeyd edək ki, qadınlar məzuniyyət müddətini 3 ilə qədər uzada bilərlər.  Belə olan halda, müəllimlərə uşağın 1 yaşına qədər aylıq 30 manat, 3 yaşına qədər isə aylıq 15 manat ödəniş edilir.