Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-04-10 11:42:00
DİM tərəfindən keçirilən imtahanlarda nəzarətçilər bazası 16 min nəfərdən çoxdur  

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini və ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə zal nəzarətçisi qismində cəlb edilməsi məqsədilə 2018-ci ildən zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi həyata keçirilir. Hazırda sertifikat əldə etmiş nəzarətçilər bazası 1272 nəfərdən ibarətdir.

AzEdu.az  xəbər verir ki, bu fikirlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin DİM-in yaradılmasının 5-ci ildönümünə həsr olunmuş məqaləsində yer alıb.

Məqalədə qeyd olunub ki, ümumilikdə DİM tərəfindən keçirilən test imtahanlarına cəlb edilməsi nəzərdə tutulan imtahan rəhbərləri bazası 1000 nəfərə yaxın, nəzarətçilər bazası isə 16 min nəfərdən çoxdur.