Azedu.az

BMU-da "Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda təlim keçiriləcək

Ali təhsil

9 Aprel 2021, 16:50
BMU-da

Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin və Pedaqoji Fakültənin ortaq təşkilatçılığı ilə növbəti təlim keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, "Pedaqoji təcrübədə sənədləşmə işi" mövzusunda baş tutacaq təlim Pedaqoji fakültənin tələbələri üçün nəzərdə tutulub.

 

10 aprel 2021-ci il tarixində saat 14:00-da başlayacaq onlayn təlim  BMU-nun Pedaqogika kafedrasının baş müəllimi, İlhamə Sultanova tərəfindən aparılacaq.

 

Qeyd edək ki, Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzi semestr ərzində universitetin əməkdaşları, müəllimləri və tələbələri üçün müxtəlif mövzularda silsilə təlimlər təşkil edir.

TƏCİLİ! İranda qarşıdurma başladı - Silahlar işə düşdü
SORĞU
Yeni tədris ilinin başlanğıcında üzləşdiyiniz ən ciddi problem hansıdır?
Səs ver
Son xəbərlərDaha çox