https://www.zirve.edu.az/ #
2021-04-18 15:00:00
Təhsilverənlərin hansı hüquqları vardır? – DİQQƏT

 

Məlum  olduğu  kimi, hüquqlar  təhsilverənlərə  müəyyən  səlahiyyətlər  verir.

 

Bütün  ixtisas  nümayəndləri  kimi  təhsilverənlərin  də  öz  hüquq  və  vəzifələrini  bilməsi  olduqca  vacibdir. Bu  səlahiyyətlər  onlara  öz  vəzifələrini həyata  keçirməkdə  imkanlar yaradır.

 

Bəs bu hüquqlar hansılardır?

 

AzEdu.az  təhsilverənlərin  hüquqlarını  təqdim  edir:

 

1) normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

 

2) təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək;

 

3) tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək; 4) şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

 

5) təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə seçmək və seçilmək;

 

6) ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi dərəcəsini yüksəltmək;

 

7) müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif olunmaq;

 

8) təhsil müəssisəsində uzun müddət qüsursuz çalışan və onun elmi-pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini  tutmaq.

 

Təhsilverənlərin hüquq və vəzifələri 19 iyun 2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsində və 27 may 2019- cu ildə qəbul edilmiş “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu”nun 23- cü maddəsində öz əksini tapmışdır.

 

Qeyd  edək  ki, müəllim köməkçiləri, çağrışaqədərki  hazırlıq  rəhbərləri, defektoloqlar, loqopedlər, praktik  psixoloqlar, sosial-pedaqoqlar, uşaq birliyi rəhbərləri, laborantlar, kitabxanaçılar, sosial  xidmət  sahəsinin  işçiləri, təhsil müəssisəsinin  dərnək  və  musiqi  rəhbərləri, metodistlər, təhsil müəssisəsində çalışan  konsertmeystrlər  və  məşqçilər  ümumi  təhsil  müəssisəsində çalışan pedaqoji  və  idarəetmə  fəaliyyəti  ilə  məşğul  olan şəxslər də təhsilverənlər hesab edilirlər.