https://www.zirve.edu.az/
04.03.2018 08:31
Bugünkü imtahanın şərtləri – Qapalı test 1 bal
Çap et

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsini keçirir.

AzEDU xəbər verir ki, imtahanda ümumilikdə 36846 şagirdin imtahan verəcəyi nəzərdə tutulur.

Birinci mərhələdə şagirdlərə ana dili (rus dili) fənnindən 10 açıq və 10 qapalı tipli, riyaziyyat fənnindən 10 açıq tipli olmaqla ümumilikdə 30 test tapşırığı təqdim olunur. İmtahanın birinci mərhələsində Azərbaycan (rus) dili və riyaziyyat fənlərinin hər biri üzrə toplanıla biləcək maksimal bal 30-dur. Balların hesablanması qaydasına görə şagirdlərin Azərbaycan (rus) dili fənni üzrə açıq tipli tapşırıqlardan topladıqları ballar cəmlənir və 2-yə vurulur. Qapalı test tapşırıqlarının hər biri 1 balla qiymətləndirilir. Riyaziyyat fənni üzrə isə açıq tipli tapşırıqlardan toplanılan ballar cəmlənir və 3-ə vurulur.

Qeyd edək ki, ötən il 9-cu sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının I mərhələsində isə  34124 nəfər şagird iştirak edib. İmtahan Naxçıvan Muxtar Respublikası, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Ağsu, Ucar və Kürdəmir şəhərlərində təşkil olunub.