Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-05 16:24:00
AzTU-da "Azərbaycan qadını - həyatın əbədi gözəlliyi" mövzusunda tədbir - FOTO

Azərbaycan Texniki Universitetində (AzTU) 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə "Azərbaycan qadını - həyatın əbədi gözəlliyi" mövzusunda onlayn tədbir keçirilib.

 

AzEdu.az xəbər verir ki, tədbirdə çıxış edən rektor Vilayət Vəliyev 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb. Rektor Azərbaycanda dövlətin qadınlara göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirib ki, pedaqoji kollektivin üzvü olan qadınlar bu gün universitetin ictimai həyatında fəal iştirak edir, tədris prosesinin təkmilləşdirilməsində, gənclərin texniki elmlərə daha dərindən yiyələnməsində, gələcəyin bacarıqlı, hazırlıqlı, yüksək intellektə malik mühəndis kadrlarının hazırlanmasında səylərini əsirgəmirlər.

 

Daha sonra Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının məsləhətçi professoru Elman Məmmədov, Xarici dillər kafedrasının dosenti, əməkdar müəllim Tamilla Hüseynova, Humanitar fənlər kafedrasının dosenti Afaq Əsgərova və digərləri çıxış edərək bu əlamətdar gün münasibəti ilə qadınları təbrik edib, onlara gələcək həyat və fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıblar.

 

Tədbir tələbələrin hazırladığı bədii hissə ilə davam edib.