Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-03-03 17:33:00
Bakıda 50 yaşdan yuxarı təxminən 20 minə yaxın müəllim və texniki heyət var

"Təhsil işçiləri mart ayının 3-dən vaksinasiyaya başlayırlar". 

 

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib. Onun  sözlərinə görə, kütləvi vaksinasiya məktəblərin əyani tədrisə keçidini daha da sürətləndirəcək: "Bizim 50 yaşdan yuxarı təxminən 20 minə yaxın müəllimimiz və texniki heyətdə olan şəxslər var ki, onlar vaksinasiyadan keçəcəklər. Bunun üçün Təhsil Nazirliyi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Bakıda 10 məktəbi mərkəz kimi təşkil edib. Burada məqsəd müəllimlərin daha rahat, öz işindən ayrılmadan vaksinasiyasını təşkil etməkdir. Düşünürəm ki, vaksinasiyadan keçmək bizim normal həyata qayıtmağımızı təmin edəcək”. 

 

APA