Azedu.az

Bu ixtisaslar üzrə təlimlərə sənəd qəbulu davam edir

27 Fevral 2021, 15:26
Bu ixtisaslar üzrə təlimlərə sənəd qəbulu davam edir

Avtoyükləyici operator təliminə ərizə qəbulu elan olunur.

 

Peşə Təhsili üzrə Dövlət AgentliyindənAzEdu.az-a bildirilib ki, təlim iştirakçılarına avtoyükləyicinin quruluşu, mexanizmlər, sistem və aqreqatlarının iş prinsipləri öyrədiləcək. Təlim proqramı mühazirə (6 saat), qrup işi (23 saat) və praktiki məşğələlərdən (78 saat) ibarətdir.

 

İştirak etmək istəyən namizədlərin B kateqoriyasına aid sürücülük vəsiqəsi olmalıdır. Müraciətlər fevralın 28-dək [email protected]  elektronünvanına “Avtoyükləyici operator” başlığı ilə qəbul olunur.

 

Təlimi müvəffəqiyyətlə bitirən iştirakçılara dövlət sertifikatı təqdim olunacaq. İlk uğurlu 20 namizədə təqaüd veriləcək. Təlim Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində (Məhsəti küçəsi 3, Bakı) təşkil olunacaq.

ŞOK AÇIQLAMA: Azərbaycanda Pezeşkiana təhlükə var idi?
Son xəbərlərDaha çox