Azedu.az

Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır  

27 Fevral 2021, 11:50
Qazaxıstanda təqaüd proqramına sənəd qəbulu aparılır  

Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib.

 

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, təqaüd proqramı “Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il aprelin 3-də imzalanmış müqavilə”yə əsasən həyata keçirilir. Proqram iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə təhsil almaq imkanı yaradır.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox